13 minə yaxın dövlət qulluqçusu pensiya alır
Bizi izləyin

Qırmızı.az

13 minə yaxın dövlət qulluqçusu pensiya alır

2014-cü il aprelin 1-ə olan məlumata əsassən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12892 nəfər təşkil edir. Onlardan 61,6 faizi yaşa görə, 26,2 faizi əlilliyə görə, 12,2 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 460,3 manatdır. Bu barədə Publika.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1281706 nəfər təşkil edir.

Qeyd edək ki, iyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq doqquzuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm