Arif Vəliyev dəfn olundu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Arif Vəliyev dəfn olundu – FOTOLAR

Bu gecə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev dəfn olunub.

O, ikinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov və digər vəzifəli şəxslər iştirak edib.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2014-cü il iyunun 22-də, ömrünün 71-ci ilində vəfat edib. DSK A.Vəliyevin həyatı ilə bağlı kiçik statistika açıqlayıb.

Publika.az DSK-ya istinadən xəbər verir ki, Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra dövlət statistika sistemində iqtisadçı, baş iqtisadçı, şöbə müdiri işləyib. 1976-1979-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 1979-1989-cu illərdə sədrin birinci müavini vəzifəsinədək yüksəlib. 1990-cı ildən 1992-ci ilədək Dövlət Plan Komitəsində, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb. 1993-cü ildən vəfat etdiyi günədək Dövlət Statistika Komitəsinin sədri olub. İşlədiyi müddətdə çoxsaylı fəxri ad və ordenlərə layiq görülüb.

Komitədən o da bildirilir ki, ömrünün 50 ilindən çoxunu statistikaya həsr edən A.Vəliyev sadə və təvazökar insan olub.

Pərvin Zeynal

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm