Bakıda gözətçini bıçaqlayıb, sonra yandırdılar
Bizi izləyin

Qırmızı.az

Bakıda gözətçini bıçaqlayıb, sonra yandırdılar

Daxili İşlər Nazirliyi Bakıda yanaraq ölən gözətçi ilə bağlı yeni məlumat yayıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm