Şeyx saqqallı mollalardan şikayətləndi
Bizi izləyin

Qırmızı.az

Şeyx saqqallı mollalardan şikayətləndi

"Bizdə saqqallı mollaların sayı artıb". Publika.az-ın məlumatına görə, bunu Şeyxülislam Allahşükür Paşazadə QMİ-də təşkil olunan mərasimdə deyib.

O bildirib ki, Azərbaycanda kimliyi bəlli olmayan saqqallı mollalara qarşı mübarizə aparılmalıdır.


“Bizdə o qədər saqqallı mollalar var ki, onların kim olduğunu da bilmirik. Onlar kimdir, hansı məhzəbə qulluq edirlər? Bunu öyrənmək lazımdır. Onlarla mübarizə aparacağıq. Dini Komitənin də onlar barəsində məlumatı yoxdur”.

Şeyx şiə-sünnilərlə bağlı məsələ haqqında danışarkən bildirib ki, məzhəb adından istifadə edirlər. "Allahu Əkbər" sədaları ilə insanı öldürürlər.

"Bu gün Azərbaycanda sünnilər, şiələr və digər cərəyanların nümayəndələri qardaş kimi yaşayır. Bu, illərdir ki belə davam edir. Azərbaycanlıların da xaricdə vuruşması xəbərlərini eşidirik. Biz öz vətənimizə qiymət verməliyik. Bizim dövlətimiz insanlara hər bir şəraiti yaradıb”.


O bildirib ki, məhzəb ayrı-seçkiliyi, sünnilərə və şiələrə qarşı küfr edilməsi halları mövcuddur.

"Hətta şiələr belə radikallığa gedirlər. Belə hallara yol verilməməlidir. Din xadimləri camaatı belə əməllərdən uzaq olmağa çağırmalıdırlar”.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm