Azərbaycanlı oliqarxa qarşı qiyam: “Pulumuzu verin!”
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı oliqarxa qarşı qiyam: “Pulumuzu verin!”

“4 aydır maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-nə qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal Məmmədov dedi ki, pul yoxdur və olmayacaq”.

Bu barədə Axar.az-a Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunun məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib. Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova özü də sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.

Xatırladaq ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda 4 aydır ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.

Mənbənin bildirdiyinə görə, “Bakı”nın futbolçuları pulsuz qaldığı halda Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları qəzəbləndirib.

“Onlar sabahacan vaxt verdilər. Yoxsa Bakıda biabırçı hadisələr gözlənilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm