• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qənirə Paşayeva Bəhreynli nazirlə Qarabağ həqiqətlərindən danışıb

Qənirə Paşayeva Bəhreynli nazirlə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Fransada Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajab ilə görüşüb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Bəhreyn arasında arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsinin məmnuniyyət yaratdığını deyib.

Qənirə Paşayeva Bəhreynin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

O deyib ki,Bəhreyndə Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajabı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq vəəməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajab millət vəkilindən məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Bəhreynin İnformasiya üzrə Dövlət Naziri Sameera Rajab Azərbaycanı gəlməkdən böyük məmuniyyət duyacağını deyib və rəhbərlik etdiyi nazirliklə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərin daha da artacağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR