• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıdakı gizli fahişəxanalardan REPORTAJ + VİDEO (18+)

Bakıdakı gizli fahişəxanalardan REPORTAJ + VİDEO (18+)

Bakının əksər yerlərində, xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu barədə mediada dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar “masaj salonları”nın fəaliyyətinin heç də “axsamasına” səbəb olmayıb. Əksinə, onların sayı getdikcə artır, mühafizə sistemi gücləndirilir, təhlükəsizlik kameralarının sayı isə çoxalır...

Məsələnin ən ağrılı və kədərli yeri odur ki, bu tip obyektlər Bakının ən mərkəzi küçələrində, özü də , yaşayış binalarının altında yerləşir.

“Masaj salonu” adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər riskli olsa da, AzNews.az-ın əməkdaşları buna cəhd edib...


“Sabina”da “Relax”

Şəhərin mərkəzində fəaliyyət göstərən “Sabina” və “Relax” məkanlarında şahidi olduqlarımız göstərdi ki, günün istənilən saatında açıq-aşkar, qanuna heç bir məhəl qoyulmadan işlədilən bu “yuvalar” həm də yetərincə səlahiyyət sahibi olan şəxslər tərəfindən himayə edilir. Əgər belə olmasaydı, günü günorta çağı kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etməsinə nəinki icazə verilməzdi, hətta həmin şəxslər dərhal dəmir barmaqlıqlara atılardı..



Siqaret tüstüsündə “görünməz olan” 16 yaşlı fahişə, 50 manat...

Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə “Sabina” “masaj salonu”na enirik. Yaşı 16-dan 40-a kimi olan fahişələr foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin “gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50 manatdır. Burada "çalışanların" dediyinə görə, həmin pulun 25 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə “masaj olunmaq” üçün yenidən eyni məkana gəlsin. Yəni həmin “masajçı”nı harasa dəvət etməsin. Burda hansısa fahişəylə həmsöhbət olmaq əvvəldə də qeyd etdiyimiz kimi yetərincə təhlükəli olsa da, cəhd edirik...

“Gündə 20, bəzən 30 nəfərlə münasibətdə oluram”

Azərbaycanın bölgələrinin birindən olan 22 yaşlı Ayşə (ad şərtidir-red) deyir ki, üç ildir bu məkanda “işləyir”. Gündəlik qazancının 100-150 manat civarında olduğunu söyləyən həmsöhbətimin bildirdiyinə görə, gün ərzində 10-15 müştəriyə “xidmət göstərir”: “Əslində, müştəridən aldığımız 50 manatın yarısı bizə çatmalıdır. Amma bir də görürsən ki, həmin puldan bizə 10-15 manat çatır. Elə gün olur ki, 20, bəzən 30 nəfərlə cinsi əlaqədə oluruq. Rayonda isə elə bilirlər ki, burda başqa işdə işləyirəm. 17 yaşımda ailə qurmuşam, bir il sonra boşanmışam. 19 yaşımdan isə Bakıdayam”.

Fahişəxanadakı “dəmir qanunlar”

Öyrənirik ki, rəhbərlik “masajçı”lara müştərilərin xeyrinə olan şərt də qoyub: “Müştəri burdan narazı getməməlidir. Əgər hansısa müştərinin narazı olduğu buranı işlədənin qulağına çatsa, həmin gün məni qovar”.

“Masaj salonları”nda göstərilən xidmətlər...

“Sabina”dan ayrılıb çox da uzaqda yerləşməyən “Relax”a giririk. Burda da təxminən eyni mənzərədir. Damağı siqaretli qadınlar, “masaj”a gələn kişilər, qiymət razılaşmaları, bir də fonda eşidilən musiqi səsi...
“Masaj salonu”nuna növbəti müştəri gələn kimi qızların “maması” onlara yaxınlaşır, salam verir, yer göstərir və bundan sonra “masajçılar” arasında seçim etmək üçün ona vaxt verir. Müştəri həmin müddətdə bardan çay, qəhvə və ya hər hansı sərinləşdirici, yaxud da spirtli içki alıb. nuş edə bilər. O, yarıçılpaq olan xanımlardan birini seçib, “masaj otağına” aparır. Balaca, natəmiz otağa girməmişdən öncə, müştərilərin duş almaq imkanı yaradılır. Burada xidmət göstərənlərin dediklərindən belə məlum olur ki, “masaj prosesi” çox vaxt cəmi 5 dəqiqə çəkir. Əlavə vaxt itirənlər müdiriyyətin tənəsinə tuş gələ bilər...

Bu fahişəxanaların əsas müştəriləri...

Gördüklərimizdən və “masajçılar”ın dediklərindən belə məlum olur ki, bu obyektlərin əsas müştəriləri yeniyetmələr və ahıl kişilərdir: “Əli heç yerə çatmayanlar bura gəlir... Bir də görürsən evsiz, eşiksiz, dilənçiliklə pul qazanan biri girdi içəri. Amma əsas müştərilərimiz uşaqlardır. Evdən pul oğurlayan kimi cumurlar bura. Hələ burdan ucuz yerlər də var, ora daha çox gedirlər”.

Masajxana-fahişəxanaların xeyri və ziyanı...

Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış fahişəxanaların olması lazımdır, bəlkə də mütləqdir... İnsanlar fiziki ehtiyaclarını hansısa “masaj salon”larında, üzərində “otel” yazılmış “quşxanalarda” ödəməməlidir.

Ölkədə fahişəliyin leqallaşması ilə bağlı məsələni məlum və bəlkə də başadüşülən səbəblərdən yubadır. Amma əvəzində paytaxtda daha eybəcər bir mənzərə yaranıb. Kitab dükanlarının, əyləncə mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə, avtomobillərin belə yığışdırıldığı mərkəzi küçələrdə insanlara ucuz “masaj” təklif olunur. Gecə yarı bu obyektlərdə hansı oyunlardan çıxarıldığını yəqin, sakinlərlə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da görür. Bəs niyə bunun qarşısı alınmır? Bu obyektlər hansı qanun əsasında fəaliyyət göstərir və yaxud da onların fəaliyyəti nəylə tənzimlənir? Axı bununla bağlı bir QANUN yoxdur. Bundan əlavə, “masaj salonları”nda insanların sağlamlığı, təhlükəsizliyi necə qorunur?.. Sual bunla da bitmir. Əsas sual - bundan əvvəlki sualların cavabı isə bu sualla müəyyən olunmalıdır: Görəsən, əxlaqın və qanunun pula təslim olunduğu, bu məkanların sahibləri kimlərdi?






Xəbər lenti

DAHA ÇOX XƏBƏR