Dələduzların işi məhkəməyə göndərildi
Bizi izləyin

Qırmızı.az

Dələduzların işi məhkəməyə göndərildi

Vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, vətəndaşların külli miqdarda əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Abşeron rayon sakini Vidadi Əliyevin Bakı şəhər sakinindən onu Hərbi Poliklinikaya işə düzəldəcəyini yalandan vəd edib 3 min manat, həmçinin Şabran rayon sakini Aydın İsmayılovla əlbir olub Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirini dəyişdirəcəyini yalandan vəd edərək oğlundan 13 min manat məbləğində pulu alaraq özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq etmələrində şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm