Məleykə Abbaszadə vətəndaşlarla görüşdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü - FOTO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla görüş keçirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla görüş keçirib.

Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə vətəndaşların qəbulu ilə bağlı verdiyi tapşırığa uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyunun 23-də Qax rayonunda vətəndaşlarla görüş keçirib.

Qəbulda Qax rayonunun sakinləri ilə yanaşı Zaqatala, Balakən, Şəki və Oğuz rayon sakinləri, həmçinin qeyd olunan rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Komissiya sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Heydər Əliyev mərkəzində keçirilmiş qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıblar.

Vətəndaşlar ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Vətəndaşlar, həmçinin TQDK tərəfindən nəşr olunan siniflər üzrə test tapşırığı topluları və orta ümumtəhsil müəssisələrində istifadə olunan dərs vəsaitləri ilə bağlı da Komissiya sədrinə müraciətlər ediblər. Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşların Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm