Gəncədə ağır yol qəzası: Sürücü avtomobili aşırdı
Bizi izləyin

Qırmızı.az

Gəncədə ağır yol qəzası: Sürücü avtomobili aşırdı

Gəncə şəhəri Şah İsmail Xətai prospektində yol qəza hadisəsi baş verib.

Gəncə şəhəri Şah İsmail Xətai prospektində yol qəza hadisəsi baş verib.

Naməlum sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən onu əvvəlcə yolun kənarındakı işıq dirəyinə çırpıb, daha sonra isə idarəetməni itirərək onu aşırıb. Nəticədə avtomobil tam yararsız hala düşüb.

Qəza vaxtı avtomobildə neçə nəfərin olduğu və kimlərin xəsarət aldığı hələlik məlum deyil. Hadisə yerinə baxış keçirən müstəntiq və yol polisi əməkdaşları ərazidə qan izləri və zəruri olan digər maddi sübutlar aşkarlayıblar.

Hazırda sürücünün kimliyinin müəyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm