Qırmızı.az
Bakıda “avtoş” yol polisini bıçaqlayıb qaçdı (FOTO) (YENİLƏNİB)
Nizami rayon prokurorluğunun əməkdaşı Günay Məmmədli Publika.az-a bildirib ki, hadisə zamanı bıçaqlanma qeydə alınmayıb:
Onun sözlərinə görə, sürücülər yol polisi əməkdaşlarına tabesizlik göstəriblər və onlara müqavimət göstərərək
qaçıblar. Xəsarət alan yol polislərinin tibbi ekspertiza nəticələrindən sonra onlara hansı şəkildə xəsarət yetirmələri aydın olacaq.
G.Məmmədli bildirib ki, hazırda şübhəli şəxs qismində heç kəs saxlanılmayıb. Araşdırmalar davam edir.
Pərvin
09:27
Bu gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyddə xoşagəlməz hadisələr də yaşanıb. Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, gecə saat 01:45 radələrində “Neolit” restoranının yaxınlığında avtoşluq edən sürücü yol polisini bıçaqlayaraq qaçıb. “Lada-Priora” markalı, 99 EM 020 dövlət nömrə nişanlı avtomobildə olan bir neçə nəfər gənc yol polislərini döydükdən sonra onlardan birini bıçaqla vurublar.
Məlumata görə, 10 YP 505 dövlət nömrə nişanlı yol patrul xidməti
avtomobilində xidmət aparan iki yol polisi əməkdaşı “Mersedes ML”
markalı avtomobili saxlayıblar. Avtomobilin sürücüsü və sərnişinlər
sərxoş vəziyyətdə olublar. Onlar yol polisinə müqavimət göstərsələr
də, DYP əməkdaşları sürücünü tibbi müayinəyə aparmağa cəhd edib. Bu
zaman maşında olan sərnişinlərdən biri köməyə dostlarını çağırıb.
Az sonra “Priora” markalı avtomobil hadisə yerinə yaxınlaşıb.
“Priora”dan düşən gənclər yol polislərinə hücum çəkərək onları
döyüblər. DYP əməkdaşlarından birinin burnu sınıb, digərini isə
bıçaqla vurublar. Gənclərin məqsədi “Mersedes”i oradan qaçırmaq
olub. Lakin bu niyyətlərinə nail ola bilməyiblər. Yol polisi
əməkdaşlarından biri onların qaçmasına mane olub. Həmin DYP
əməkdaşının radiostansiya vasitəsilə kömək çağırdığını görən
“Priora”nın sürücüsü maşına minərək oradan uzaqlaşıb. “Mersedes”i
isə apara bilməyiblər.
Xüsusi vasitələrlə köməyə gələn yol polisi maşınlarından biri
“Priora”nın qarşısını kəsmək istəyərkən sürücü DYP maşınını vuraraq
qaçıb. Bir qədər sonra isə yolda daha bir DYP maşınının üstünə
sürərək aradan çıxıb. Sürücünün avtomobili olduqca təhlükəli
sürdüyünü görərək onu təqib etməsələr də, kameralar vasitəsilə
bütün hərəkətlərinə nəzarət olunub. Heydər Əliyev prospektinə çıxan
sürücü burada avtomobili yolun əksinə idarə edərək digər nəqliyyat
vasitələrinə qəza şəraiti yaradıb. Az sonra isə avtomobilin “Keşlə
bazarı” istiqamətində hərəkət etdiyi və orada gizləndiyi məlum
olub. Yol polisləri və post-patrul xidmətinin əməkdaşları hazırda
həmin avtomobili və sürücünü axtarırlar. Yaralı yol polisi
əməkdaşları isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov
Avtosfer.az saytına bildirib ki, həmin avtomobilin nömrəsi tam
məlum olduğu üçün onun bütün hərəkətləri kameralar vasitəsilə
izlənilib və törətdiyi xətalar protokollaşdırılıb. Yol polisi
əməkdaşına xəsarət yetirilməsinə gəlincə isə Vaqif Əsədov bildirib
ki, həmin sürücü və avtomobil qısa müddətdə aşkar edilərək
aidiyyatı üzrə təhvil veriləcək: “Həmin avtomobilin və ondan əvvəl
saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsünün sərxoş olduğu
aşkar edilib. Onlar həm də avtoxuliqanlıq etdiklərinə görə
saxlanılıblar. Lakin tibbi müayinədən boyun qaçırmaqla polisə
müqavimət göstərərək qaçıblar. Hazırda axtarış tədbirləri davam
etdirilir”.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu