300 bələdiyyə sədri cəzalandırılıb
Bizi izləyin

Qırmızı.az

300 bələdiyyə sədri cəzalandırılıb

Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılıb.

Bunu Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.


F.Məmmədov iyunun əvvəlində qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" Qanunda yerli özünüidarəetmə orqanlarının işinə ictimai nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.


Bələdiyyə üzvləri və qulluqçularının biliklərinin artırılmasında Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan nazir ildə 6 min bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyini, xarici ölkələrə səfərlərin təşkil olunduğunu deyib.


Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasının əhalinin onlara inamının artmasında böyük rol oynadığını qeyd edən nazir ötən dövrdə yaradılmış regional ədliyyə şöbələrinin bu işə mühüm töhfə verdiyini vurğulayıb.


Bildirilib ki, təkcə ötən il 300-dən çox bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub, 70 minədək bələdiyyə aktı qanunazidd olduğuna görə ləğv edilib və ya dəyişdirilib, Habelə 152 bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar edilib və bununla bağlı qanuna müvafiq tədbirlər görülüb.(AzerTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm