Kəmaləddin Heydərov Bərdəyə gedir
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Bərdəyə gedir

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 27-də, saat 11:00-dən Bərdə şəhərində vətəndaşları qəbul edəcək.

Publika.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, qəbulda Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin binasında (ünvan: Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1) 26 iyun 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm