• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"ASAN xidmət"də işləmək istəyirsiniz?

"ASAN xidmət"də işləmək istəyirsiniz?

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az saytında dövlət qulluğunda çalışmaq istəyən şəxslər üçün müsabiqə elan edilib.

Publika.az-ın məlumatına görə, müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunub.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.

Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları aşağıdakı link vasitəsi ilə əldə etmək olar:

http://csc.gov.az/aze/elan/010414/HtmlOut/content5.html

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR