• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Komitə süd məhsulları ilə bağlı xəbərdarlıq edir

Komitə süd məhsulları ilə bağlı xəbərdarlıq edir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd və süd məhsulları istehsalı ilə bağlı təsərrüfat subyektləri və istehlakçılara müraciət edib.

Son illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyinə tələbləri müəyyən edən bir neçə dövlət standartı hazırlanaraq təsdiq edilib.

Bunlara misal olaraq, “AZS 089-2003 Kəsmik. Ümumi texniki şərtlər”, “AZS 092 –2003 Qatıq. Ümumi texniki şərtlər”, “AZS 091 – 2003 Ayran.Texniki şərtlər”, “AZS108–2003 Duzlu suda yetişdirilən pendirlər. Ümumi texniki şərtlər”, “AZS 121-2004 Xama. Ümumi texniki şərtlər”, “AZS 128 – 2004 Şor.Texniki şərtlər”, “AZS 144 – 2005 Tez yetişən yumşaq pendirlər. Ümumi texniki şərtlər”, “AZS177–2005 Motal pendiri.Texniki şərtlər”, “AZS 202–2006 Süzmə.Texniki şərtlər”, “AZS 207–2006 Yarımbərk pendirlər. Ümumi texniki şərtlər”, “AZS 220–2006 Dovğa” və s.ni göstərmək olar.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Komitənin 15 aprel 2011-ci il tarixli 066 saylı əmrilə AZS 089-2003, AZS 091-2003, AZS 092-2003, AZS 220-2006 dövlət standartlarına edilmiş dəyişikliyə görə istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məhsulun yararlılıq müddəti istehsalçı tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənədlə müəyyənləşdirilir. Buna görə də süd və süd məhsullarının saxlanma müddətinin həmin məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi sahəsində qüvvədə olan texniki normativ hüquqi akt və texnoloji sənədlərlə müəyyən edilmiş saxlanma müddətindən artıq göstərilməsi yolverilməzdir.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bundan sonra da mütəmadi olaraq aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan tələblərin pozulması faktları aşkar olunduqda qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görüləcək.

İstehlakçılardan istehlak bazarında məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə (012 449 99 59) məlumat vermələri xahiş olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR