Metroda növbəti təşviş – FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Metroda növbəti təşviş – FOTOLAR (YENİLƏNİB)

"“Elmlər Akademiyası” stansiyasında eskalatorlardan biri təmirə bağlanıb. Təmir işləri bir neçə ay davam edəcək”. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.


Onun sözlərinə görə, “Elmlər Akademiyası” stansiyasında eskalatorların istismar müddəti demək olar ki, başa çatıb: “Bu səbəbdən eskalatorlar tez-tez təmirə bağlanır. “Elmlər Akademiyası” stansiyasındakı eskalatorun da işləməməsinin səbəbi təmir işləri ilə əlaqədardır”.


N.Paşayev bildirdi ki, “Elmlər Akademiyası” stansiyasında eskalatorlardan birində aparılan təmir işləri təxminən 2 ay davam edəcək.


Qeyd edək ki, artıq bir neçə gündür ki, qeyd edilən stansiyada eskalatorladan birinin fəaliyyəti dayandırılıb. Ona görə də stansiyada insan sıxlığı müşahidə olunur.

10:34

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb.


AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.


Nəticədə 100-lərlə sərnişinin stansiyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub.


Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə, eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və biz də bu problemi bacardığımız qədər həll etməyə çalışırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm