Azyaşlını zorlayan sürücü tapıldı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Azyaşlını zorlayan sürücü tapıldı (YENİLƏNİB)

15 yaşlı qızın zorlanması ilə bağlı məsələdə qaranlıq məqamlar ortaya çıxıb. Zorlanmanın baş verdiyi iddia olunan 13 saylı marşrutun Zamin adlı kalon rəisi Milli.Az-a açıqlamasında bildirib ki, hadisə avtobusda olmayıb. Qızı zorlayan şəxs Rəşad adlı sürücüdür. O, atası ilə həmin avtobusda işləyib. Həmin qız Rəşad avtobusda işləyən gün onunla iki dövrə vurub. Sonra isə zorlama olub, amma hadisə avtobusda ola bilməz.

İşi araşdıran Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlı Milli.Az-a bildirdi ki, qızın Binəqədi rayonu ərazisində yerləşən çayxanalardan birində zorlandığı deyilir. Hələlik hadisə yerinə baxış keçirilməyib. Ola bilsin, işin sonrakı istintaqını Binəqədi Rayon Polis İdarəsi aparsın.

10:38

Bakıda avtobus sürücüləri məktəbli qızı zorladılar.

Milli.Az xəbər verir ki, Nəsimi rayonu, Qutqaşenli küçəsində yaşayan K.V. polisə müraciət edərək 15 yaşlı qızı L.V.-nin 13 saylı marşrut avtobusunda zorlandığını deyib. Onun sözlərinə görə, iki gün əvvəl yoxa çıxmış qızını dünən Süleyman Sani Axundov küçəsində 13 saylı avtobusda tapıb. Qızı tanımadığı sürücülər tərəfindən zorlandığını bildirib.

Təcavüzə məruz qaldığı iddia edilən qızın məktəbli olduğu deyilir.

Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisi Hüseyn İmanov Milli.Az-a açıqlamasında bildirdi ki, valideynin şikayəti əsasında araşdırmaya başlanıb. Qız ekspertizaya göndərilib. Ekspert rəyindən sonra qızın təcavüzə məruz qalıb-qalmaması bilinəcək. Bölmə rəisinin sözlərinə görə, ola bilsin, fakt təsdiqini tapsın.

H.İmanov qeyd etdi ki, əqli cəhətdən problemləri olan L.V. hadisədən bir gün əvvəl evdən gedib. Səhəri gün saat 10 radələrində anası onu 13 saylı avtobusda tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm