Elmar Vəliyev Antonius Broeklə görüşüb - Foto
Bizi izləyin

Qırmızı.az

Elmar Vəliyev Antonius Broeklə görüşüb - Foto

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə işgüzar səfərdə olan BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Antonius Broukla görüşüb. Görüşdə ikitərəfli əlaqələr müzakirə edilib.

Səfir Gəncədə ilk dəfə olduğunu, şəhərin gözəlliyinin onu heyran etdiyini, həmçinin Gəncədə yaşayan gənclərin fəallıqla tədbirdə iştirak ediyini vurğulayıb.

Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb.

İcra başçısı bildirib ki, Azərbaycan höküməti BMT ilə hər zaman qarşılıqlı əlaqələrin qurulmasında və inişafında maraqlı olub. Bunda sonra da bu əməkdaşlıq qorunub saxlanılacaq.

Tədbirin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən səfirə nəfis tərtibatda hazırlanmış Nizami Gəncəvinin ingilis dilinə tərcümə edilmiş “Xəmsə”-si və digər xatirə hədiyyələri təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm