• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva AŞPA-nı İraq türkmanlarına dəstək göstərməyə çağırdı

Qənirə Paşayeva AŞPA-nı İraq türkmanlarına dəstək göstərməyə çağırdı

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurasında Assambleyanın iclasında İraqda Türkmanların yaşadığı faciələr və İŞİD tərəfindən Türkiyə diplomat və mülkü vətəndaşlarının girov götürülməsindən,saxlanılmasınd an danışıb və AŞPA-nı bu məsələlərə duyarsız qalmamağa, təcili addımlar atmağa çağırırb.

"Dəyərli həmkarlarım.
Türkiyə bizim Assambleyamızın üzvüdür və təşkilatımız Türkiyənin 49 diplomatının və 20-dan çox mülkü vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxaql səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməlidir,artırmalıdır.

Doğrudur İraq Avropa Şurasının üzvü deyil amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir. İraqda yaşayan 3 milyon türkmənlərin təmsilçilərinin sizə olan çağırışlarını çatdırmaq istəyirəm.

Son günlər İraqda mülkü türkmənlər qətlə yetirilr, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb. Həyatları ciddi təhlükə altında olan İraq Türkmənləri Avropa Şurasını, Parlament Assambleyasını onların həyatlarına duyarsız qalmamağa və yaranmış dəhşətli vəziyyətin düzəlməsi istiqamətində təşkilatı səylərini artırmağa və qurumu onlara kömək etməyə çağırırlar.

Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR