Oğru dünyasının Əzrayılları – Piçuqa və Vasya Voskres
Bizi izləyin

Qırmızı.az

Oğru dünyasının Əzrayılları – Piçuqa və Vasya Voskres

Oğru dünyası qanuni oğrular Yuri Piçuqa və Vasili Xristoforovdan (Vasya Voskres) şübhələnməyə başlayıb. Bu yaxınlarda Timoxa ləqəbli qanuni oğru öldürülərkən bu cütlük etiraf etdi ki, qətli onlar özləri sifariş veriblər. Çünki Timoxa 2009-cu ildə Skif ləqəbli avtoritetin qətlinin sifarişçisi olub. Yəni Timoxanı aradan götürüb Skifin qisasını alıblar.

Ancaq ortada maraqlı olan nədir? Yaponçik öldürüləndə Piçuqa və Vasya Voskres qanuni oğrular Taro ilə Merabı ittiham etdilər. Ded Xasana sui-qəsd olanda isə Rövşən Lənkəranski və Cemonu sifarişçi kimi hədəf seçdilər. Hətta Butırka həbsxanasında Cemonu bu ittihama görə döydülər də.

Halbuki Ded Xasana görə Cemonu döyməli yox, doğramalı idilər. Belə çıxır ki, elə qətllərin arxasında da Piçuqa ilə Vasya Voskres durur. Gəzən şayiələrə görə, cütlük indi də Kostıl ləqəbli məşhur avtoriteti aradan götürməyi planlaşdırır. Yəqin ki, onların məqsədləri Yaponçik və Ded Xasandan sonra kriminal imperiyanın şəriksiz liderlərinə çevrilməkdir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm