Azər Sarıyevin imtina etdiyi vəzifəyə yeni TƏYİNAT – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Azər Sarıyevin imtina etdiyi vəzifəyə yeni TƏYİNAT – ÖZƏL

AzərTAc-ın İran İslam Respublikasına (İİR) yeni xüsusi müxbiri təyin olunub. Bu barədə Publika.az-a AzərTAc-dan məlumat daxil olub.

Məlumata görə, bundan sonra Rabil Kətənov AzərTAc-ın İranda xüsusi müxbiri olaraq fəaliyyət göstərəcək.

AzərTAc-ın İrandakı sabiq xüsusi müxbiri Sabir Hacıyev (Şahtaxtı) isə AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə nümayəndəsi təyin olunub.

Xatırladaq ki, S.Hacıyevdən öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq mətbuat katibi Azər Sarıyev AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə nümayəndəsi təyin olunsa da, o, bu vəzifədən imtina edib.

Xatırladaq ki, bundan öncə Rabil Kətənov “Şərq qapısı” və “Səs” qəzetlərində çalışıb.

Onu da bildirək ki, R.Kətənovdan öncə Sabir Hacıyev (Şahtaxtı) 2007-ci ilin aprelindən 2014-cü ilin əvvəlinədək AzərTAc-ın və AzTV-nin İrandakı rəsmi nümayəndəsi işləyib. Bu ilin fevralından qısa vaxt AzərTAc-ın Naxçıvan Nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm