• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı-Gəncə avtobusunda “Allahu-Əkbər” qorxusu

Bakı-Gəncə avtobusunda “Allahu-Əkbər” qorxusu

Ötən gün saat 14:30-da Bakı-Gəncə avtobusunda sərnişinlər qorxulu anlar yaşayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Bakıdan Gəncəyə hərəkət edən sərnişin avtobusunda bir nəfər sərnişinləri qorxudub.


Saqqallı şəxs avtobusda ayağa qalxıb və əlinə ülgüc götürərək insanları təhdid etməyə başlayıb.


Həmin kişi ülgüclə sərnişinləri öz qanlarını tökməyə səsləyib. Kişi “Allahu-Əkbər” deyərək qışqırıb. Sərnişinlər qorxuya düşüblər. Sərnişinlərdən biri polisə xəbər verib. Bundan sonra həmin kişi avtobusdan düşərək qaçıb.

Məsələ ilə bağlı Gəncə şəhər avtovağzalı ilə əlaqə saxladıq. Avtovağzalın rəisi Namiq Həsənov ANS PRES-ə açıqlamasında bildirdi ki, hadisə baş verən vaxt avtobus Bakı avtovağzalından çıxıbmış. Gəncəyə çatanda artıq avtobusdakı problem həll olunubmuş.


“Avtobus bura gələndə hər şey qaydasında idi. Sərnişinlər salamat idi. Heç kim təşvişdə deyildi”, – deyə N.Həsənov bildirib.

Bakı Avtovağzalında isə hadisə ilə bağlı məlumatlı olmadığını bildirdilər. Bakı beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, həmin hadisənin kim tərəfindən törədildiyini bilmirlər. Ümumiyyətlə bu barədə xəbəri bu gün eşidib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR