Azərbaycanda QHT rəhbəri həbs edildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda QHT rəhbəri həbs edildi

Cari ilin aprel ayının 9-da Salyan rayon Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bu il mart ayının 18-də özünü Demokratiyaya Yardım İctimai Birliyinin üzvü kimi təqdim etmiş Sabirabad rayon sakini Tofiq Qasımovun ondan pul istəməsini, verməyəcəyi təqdirdə onu internetdə və kütləvi informasiya vasitələrində tənqid edəcəyi ilə hədələməsini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qasımov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun təhriki ilə cari ilin fevral ayının 14-də Aşağı Muğan Meliorativ Sistemləri İstismar İdarəsinin baş mühəndisi Zalış Bünaytovu hədləyərək 100 manat, Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İlham Əsgərovu hədləyərək 200 manat, cari ilin aprel ayının 2-də Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin rəisi Nazir Bəşirovu hədələyərək 50 manat tələb etməsi, habelə E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ilin dekabr ayı ərzində Salyan rayon Telekommunikasiya Qovşaqının rəisi Faiq Nəcəfovu hədələyərək 200 manat və Salyan rayonu üzrə Maliyə İdarəsinin rəisi Mahir Kərimovu hədələyərək 200 manat tələb etməsi də müəyyən edilib.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.


Faktla əlaqədar cinayət işi başlanmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. (AzVision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm