Qırmızı.az
Təhsil Nazirliyi yerdəyişmə qaydalarını açıqladı
Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində I - IX sinif
şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi qaydalarını
açıqlayıb. Təhsil Nazirliyinin rəsmi saytının yaydığı xəbərə görə,
təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı "Uşaqların
(şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi
Qaydaları"nda qeyd edilib ki, övladını digər məktəbə dəyişmək
istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin
direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət
edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə
cari qiymətlər barədə oxuduğu məktəbin direktoru tərəfindən
verilmiş arayış) əlavə olunur.
Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif
otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu
məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi
işinin göndərilməsi haqqında valideynə (digər qanuni nümayəndəyə)
şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək
üçün arayış verir.
Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının
indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini
davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında
şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti
şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun
kontingentdən xaric edilməsi barədə əmr verilir.
Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və
gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl
məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil
məktəblərinə şagirdlərin yerdəyişməsi bu qaydalar əsas tutulmaqla
həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.
Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün
olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər.
Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi
köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.
Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin
digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan
şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni nümayəndənin)
ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon
(şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı
hallarda razılıq verilir:
- yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən
digər məktəbə keçdikdə;
- ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi
rəsmi sənədlərlə təsdiqləndikdə;
- valideynlərin (digər qanuni nümayəndələrin) uzun müddətə xaricə
getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən
kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə;
- müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən
lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində
təhsilini davam etdirməsi mümkün olmadıqda.
Qaydalarda qeyd edilir ki, dərs ilinin ikinci yarımilində XI sinif
şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə
Təhsil Nazirliyində baxılır.
Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış (hərbi, idman,
müsiqi və s.) məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və
ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil
Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.
Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən
ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş
şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə
yerdəyişməsinə icazə verilmir.
Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan
Respublikasının məktəblərinə yerdəyişməsi xarici ölkəyə gedən
şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi
əsasında verilir.
Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin
ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və
yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən
müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə
saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir(
Bu bənd ölkə üzrə icbari ümumi orta təhsilə tam keçdikdən sonra
tətbiq olunacaq).
I - IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə)
övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin
direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu
məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya
fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən
dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə
tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin
qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul
olunur.
Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini
bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və
valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və
sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda,
məktəbin X sinfinə qəbul edilir.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT