“Lukoil”-a basqın videokameralara düşüb
Bizi izləyin

Qırmızı.az

“Lukoil”-a basqın videokameralara düşüb

Bu gün saat təqribən 04:15-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 6 saylı yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Silahlanmış 4 maskalı naməlum şəxs yanacaqdoldurma məntəqəsinin iki girişindən qəflətən hücum edərək, ikinci kateqoriyalı operator E.A.Kərimov və operator R.A.İsmayılova dəmir linglə xəsarət yetiriblər. Basqın zamanı 5 min manat pul və videonəzarət sisteminin qeydiyyat bloku oğurlanıb.

“Lukoil” şirkətindən Publika.az-a verilən məlumata görə, yanacaqdoldurma məntəqəsində təhlükəsizlik kameraları işlək vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm