Qırmızı.az
Əhmədli sakinlərindən Prezidentə müraciət
Məhəmməd Hadi küçəsində yaşayan vətəndaşlar İlham Əliyevə müraciət etdilər: “Siz Bakını günü-gündən gözəlləşdirirsiniz, amma bəziləri xalqın yolunu kəsib bazar açır”.
Bakının Xətai rayonu, Məhəmməd Hadı küçəsinin sakinləri prezident İlham Əliyevə müraciət edib. Sakinlər M.Hadi küçəsində mart ayından bəri fəaliyyət göstərən bazardan narazılıqlarını bildirir.
Məktubda bildirilir: “Möhtərəm Prezident! Sizin yürütdüyünüz siyasətin nəticəsidir ki, bu gün ölkəmiz sürətlə inkişaf edir. İnsanların həyat şəraiti getdikcə yaxşılaşır.
Əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə keçirilən yarmarkalar da insanlar tərəfindən rəğbətlə qarşılanır. Belə yarmarkalardan biri “Həzi Aslanov” metrostansiyası istiqamətində, yolun bağlanması hesabına təşkil olunub. Məhəmməd Hadi küçəsində açılan yarmarka orada yaşayan sakinlərə xidmətlə yanaşı, həm də çox böyük haqlı narazılıqlar və çətinliklər yaradır. Belə ki, yarmarkanın fəaliyyət göstərdiyi şənbə və bazar günləri üçün hazırlıqlar bir gün əvvəldən başlayır. Bu da Məhəmməd Hadi küçəsində nəqliyyatın hərəkətini dayandırır. Nəticədə minlərlə vətəndaşın gediş-gəliş problemi yaranır. Sözügedən küçənin sakinlərinin isə problemləri daha ciddidir. Səs-küydən, antisantariyadan evimizdə otura bilmirik. Gecələr bazarda satış həyata keçirən şəxslərin bir-biri ilə mübahisəsindən, söyüşündən, maşınların səsindən ciddi şəkildə narahatlıq keçiririk. Yarmarka yığışdırıldıqdan sonra isə yaranan antisanitariya ətraf mühiti çirkləndirməklə yanaşı, ərazinin zibillənməsinə səbəb olur. Bu da ətraf binalarda yaşayan sakinlərə əlavə problemlər yaradır”.
Məktubda daha sonra deyilir: “Cənab prezident. Siz son illər Bakının gözəlləşməsi, abadlaşması üçün ciddi işlər görürsünüz. Hətta paytaxta gələn qonaqlar da inkişafdan, sözün yaxşı mənasında, təəccüblənirlər. Hazırda Bakı dünyanın ən böyük və qədim şəhərləri ilə rəqabət aparır. Paytaxta son illər tikilən körpülər, binalar, salınan yollar bir vətəndaş olaraq bizə də zövq verir. Amma təəssüf ki, Sizin bu böyük miqyaslı və faydalı işinizə xələl gətirənlər də tapılır. Cənab prezident, hətta ən geridə qalmış ölkələrin paytaxt şəhərlərində belə böyük bir prospekti bağlayıb bazar açmazlar. Amma təəssüf ki, Bakı kimi gözəl və müasir bir şəhərdə bu, baş verir. İnanırıq ki, Siz bundan xəbər tutsanız dərhal həmin bazarın yığışdırılması haqda göstəriş verəcəksiniz. Çünki Əhmədli kimi iri bir yaşayış məntəqəsinin ən böyük küçəsini günlərlə bağlayıb bazar açmaq heç bir məntiqə və mədəniyyətə sığmır. Əhmədlidə Sizin göstərişinizlə 2006-cı ildən başqa bir kənd təsərrüfatı mallarının satış yarmarkası fəaliyyət göstərir. Üstəlik, yaxınlıqda 8-ci km bazarı kimi nəhəng bir ticarət mərkəzi fəaliyyət göstərir. Fikrimizcə, bu qədər bazar bolluğunda növbəti bir yarmarka açmağa heç bir ehtiyac yox idi. Əminik ki, Bakı kimi gözəl, füsunkar bir şəhərin böyük bazara çevrilməsinin qarşısını ilk növbədə Siz alacaqsınız”.
Sakinlər yekunda ölkə başçısına xitabən yazırlar: “Ümidimiz Sizədir, cənab prezident. Biz sakinlərin səsini ancaq Siz eşidə bilər, üzləşdiyimiz çətinliyin aradan qaldırılmasına yalnız Siz göstəriş verə bilərsiniz.
Bir daha xahiş edirik ki, həmin yarmarkanın yığışdırılması və daha münasib yerə köçürülməsi üçün, aidiyyəti qurumlara göstəriş verəsiniz.
Öncədən Sizə öz təşəkkürümüzü bildiririk”.
Xatırladaq ki, sözügedən yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi ilə Xətai rayon İcra Hakimiyyəti birgə açıb.
- See more at: http://www.teleqraf.com/news/10363#sthash.p4uXsIjG.dpuf
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub