
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost
Sloveniya xalqına daim sülh və rifah arzulayıram".
Dövlətimizin başçısı, həmçinin Xorvatiya Prezidenti İvo Yosipoviçi
təbrik edib: "Ölkənizin milli bayramı - Dövlətçilik günü
münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq
münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın
əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar
bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
AzərTac