Azərbaycan qırıcıları yenidən Qarabağ səmasına qaldırıb - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan qırıcıları yenidən Qarabağ səmasına qaldırıb - YENİLƏNİR

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr yenidən cəbhə xəttində uçuşlar həyata keçirib.

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr yenidən cəbhə xəttində uçuşlar həyata keçirib.

Iki qırıcı təyyarə Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın ərazilərində uçuşlar həyata keçirib.

Qeyd edək ki, ötən gün də hərbi təyyarələrimiz cəbhə xəttində günün ikinci yarısında bir neçə uçuş həyata keçiriblər.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik səngimək bilmir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün səhər yaydığı məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Verilən məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozublar. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm