• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Banklara borcu olan şəxs özünü qatarın altına atdı

Banklara borcu olan şəxs özünü qatarın altına atdı

Goranboy rayon sakini özünü qatarın altına atıb.

Goranboy rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, rayonun Ağamalıoğlu kəndi ərazisində rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev intihar məqsədi ilə özünü qatarın altına atıb.

Ağır bədən xəsarətləri alan F. Musayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı F. Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR