"ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciət edib
Bizi izləyin

Qırmızı.az

"ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciət edib

24 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinə 2 milyonuncu müraciət daxil olub.Bu barədə Publika.az-a Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, ilk –1 saylı Bakı "ASAN xidmət" mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb.

Hazırda 6 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 iyun 2013-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Ötən il ərzində 37 rayonun 60 min sakininə səyyar "ASAN xidmət"lər göstərilmişdir. Cari ilin dekabr ayına kimi 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm