Silahlı Qüvvələrin İnkişaf Strategiyası hazırlanır
Bizi izləyin

Qırmızı.az

Silahlı Qüvvələrin İnkişaf Strategiyası hazırlanır

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində Silahlı Qüvvələrin İnkişaf Strategiyasının ilkin layihəsi də hazırlanıb və bu sənədin də Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulub.

Publika.az bunu Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "AzərTAc" İnformasiya Agentliyinə verdiyi müsahibəsində belə deyib.

Nazirin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi Xarici İşlər Nazirliyinə, Silahlı Qüvvələrin İnkişafı üzrə Dövlət Proqramının layihəsi isə Nazirlər Kabinetinə təqdim olunub.

Bundan əlavə, Z.Həsənov qeyd edib ki, hərbi qulluqçuların, əsasən də əsgər, çavuş heyətinin əşya təminatının yaxşılaşdırılması üçün təchizat normalarında, geyim formalarının daşınması qaydalarında və təsvirlərində bəzi əlavələr və dəyişikliklər edilərək Nazirlər Kabinetinə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm