Magistraturaya qəbul olanların nəzərinə
Bizi izləyin

Qırmızı.az

Magistraturaya qəbul olanların nəzərinə

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır.


Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər.


Bakalavrlar qeydiyyatdan keçərkən tələb olunan sənədlər haqqında məlumatı daxil olduqları ali təhsil müəssisəsindən əldə etməlidirlər.


Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm