Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı köçkünlərin acınacaqlı durumu Britaniya mediasında

İyunun 20-də Böyük Britaniyanın nüfuzlu “The Telegrapf” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı foto sərgisinə dair müsahibəsi və foto sessiyasısı şəkillər: http://www.telegraph.co.uk/culture/photography/10912050/Unresolved-dreams-intimate-portraits-of-refugees-by-Ed-Kashi.html?frame=2947790 / müsahibə: http://www.telegraph.co.uk/culture/photography/10908788/Shoot-Stories-Ed-Kashi.html) dərc edilib.

Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin didərginlik həyatlarını foto obyektivə almaq üçün Azərbaycanda səfərdə olmuşdur. Fotoqraf “The Telegrapf” a verdiyi müsahibədə Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk keçmiş Sovet ölkəsi olduğunu bildirib. “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır,”- deyə Kaşi vurğulayıb. Kaşinin sözlərinə görə, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

Müəllifin “Həyata keçməyən arzular” adlı foto sərgisi TEAS tərəfindən London və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə Ümumdünya Qaçqınlar günü münasibətilə Parisdə sərgilənir.

Redaktorlar üçün qeyd: Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2008-ci ilin noyabr ayında işə başlamış, ondan dörd il öncə isə London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərmişdir. TEAS (www.teas.eu) Avropada Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək məqsədilə Böyük Britaniyada təsis edilmiş və mərkəzi ofisi Londonda yerləşən ümumavropa təşkilatıdır. Cəmiyyətin Azərbaycan, Belçika, Almaniya, Fransa və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm