Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub
Bizi izləyin

Qırmızı.az

Ömər Eldarov Bakı Ali Neft Məktəbində olub

Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ö.Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltaraşa çevrilib və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görüb. E.Qasımov qeyd edib ki, onun yaratdığ möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilib.

Daha sonra BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, bu il təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın bugünkü iqtisadi inkişafına böyük təsir göstərən, “Əsrin müqaviləsi”nin imzalanmasının 20–ci il dönümü münasibəti ilə Bakı Ali Neft Məktəbi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçiriləcək.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov BANM-ə dəvət edildiyi və yüksək səviyyəli görüş təşkil etdiyinə görə BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib. Azərbaycanda heykəltaraşlıq sənəti haqqında danışan Ö.Eldarov qeyd edib ki, incəsənətin bu növünə Azərbaycanda meyl o qədər yüksək olmasa da, Azərbaycanın bu sahədə dünyada tanınan çox məhşur heykəltəraşaları var və gələcəkdə də olacaq.

Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çox saylı suallarını cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm