Həbsxanaya qazan qapağında narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya qazan qapağında narkotik keçirmək istədi

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahin Cəlil oğlu Cabbarova vətəndaş Elvin Umud oğlu Qurbanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı yemək olan qazanın qapağının tutacağında gizlədilmiş xalis çəkisi 1,783 qram olan narkotik vasitə "Heroin" və xalis çəkisi 6,769 qram olan narkotik vasitə "Tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, məhkum Şahin Cabbarov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm