Qırmızı.az
Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib.
Təbrikdə deyilir:
"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar,
əsgərlər və matroslar!
Sizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü
münasibətilə təbrik edirəm.
Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi
dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan
Ordusu müasir tələblər səviyyəsində yenidən qurulmuş, peşəkar
hərbçi kadrların hazırlanması ön plana çəkilmiş, Ordumuzda vahid
komandanlıq prinsipi təmin edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərtərəfli diqqət və
qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti
torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş
qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim
artırır. Bu gün Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir,
müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır,
hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikasının
Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq
respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın
işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və
vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın
daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram."
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı