“LUKOİl”a hücum edənlər tutuldu
Bizi izləyin

Qırmızı.az

“LUKOİl”a hücum edənlər tutuldu

Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə zərərsizləşdirilib.


Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində “LUKOİL” yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri həbs edilib.


Əməliyyat Suraxanı rayon Polis İdarəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.


Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb. Həbs edilən dəstənin üzvləri haqqından əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm