Körpəsinin ölümünə səbəb olan ata - Fotolar
Bizi izləyin

Qırmızı.az

Körpəsinin ölümünə səbəb olan ata - Fotolar

ABŞ-ın Atlanta şəhərinin hüquq-mühafizə orqanları 22 aylıq körpənin ölümü hadisəsini araşdırır. Atası tərəfindən maşında unudularaq tərk edilən körpə nəticədə istidən dünyasını dəyişib.

Otuz üç yaşlı Castin Ros Harris çərşənbə günü səhər saat 9 radələrində oğlunu maşında qoyaraq işə yollanıb. Polis onun oğlunu qəsdən qətlə yetirdiyini düşünür. Belə ki, Castin körpəni maşının arxa oturacağına təhlükəsizlik kəməri ilə bağlayıb və maşını tərk edib. Körpə isə 7 saat ərzində avtomobildə istidən boğulub.

Həmin gün günorta saat 4 radələrində işdən evə yollanan Castin avtomobildə oğlunun cansız bədənini görərək dərhal xəstəxanaya zəng vurub. Körpəni xilas etmək mümkün olmayıb.

Polis təqdiqatları davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm