Qatarı dayandırmaq istəyən kişini teplovoz vurdu
Bizi izləyin

Qırmızı.az

Qatarı dayandırmaq istəyən kişini teplovoz vurdu

Bu gün səhər saat 07:30-da Hacıqabul rayonunda qatarı saxlatmaq istəyən kişini teplovuz vurub.


Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Qarasu kənd sakini, 1959-cu il təvəllüdlü Tacəddin Xanbala oğlu Babayev Bakı-Qazax dəmir yolu xəttində qatar vurub.


Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Babayev Mingəçevirə getmək istəyib. O, dəmiryol xəttinin yanında dayanaraq qatarı saxlatmaq istəyib. Bu zaman teplovozun altına düşüb.


Qatarın altında qalan Tacəddin Babayev hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm