Aradüzəldən Turanə "iş" başında yaxalandı
Bizi izləyin

Qırmızı.az

Aradüzəldən Turanə "iş" başında yaxalandı

Bakının Nəsimi rayonunda yerləşən məşhur əyləncə mərkəzinin qarşısında qadınlar fahişəliyə cəlb edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarəyə Bakı şəhəri, Nəsimi rayonu, “Akva Park” əyləncə mərkəzinin qarşısında qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı məlumat daxil olub. İdarə əməkdaşları qeyd olunan ərazidə əməliyyat keçiriblər. Əməliyyat zamanı məlumat təsdiqini tapıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Turanə Xankişiyeva “Akva Park” əyləncə mərkəzinin qarşısında qadınları fahişəliyə cəlb etməsi məlum olub. O, idarə əməkdaşları tərəfindən həbs edilib.

Teleqraf.com-un xəbərinə görə, 26 yaşlı Turanə Xankişiyeva həmin ərazidə qadınlarla intim münasibətdə olmaq istəyən kişi müştərilərlə görüşüb. 26 yaşlı qız kişi müştərilərlə qadınların görüşməsinin haqq-hesabını aparıb. Həmin zaman razılaşdıqdan sonra yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm