İrandan gətirilmiş narkorik vasitəni satan şəxs tutulub
Bizi izləyin

Qırmızı.az

İrandan gətirilmiş narkorik vasitəni satan şəxs tutulub

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Bu günlərdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və realizə ediləcəyi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə məlumat daxil olub.

Məlumata əsasən Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiyev İsbəndiyar Şura oğlu istintaqa məlum olmayan şəxs tərəfindən İran İslam Respublikasında əldə edilib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilərək Beyləqan rayonu 2-ci Şahsevən kəndində su kəmərinin yanında yerləşən arxın qarşısına qoyulmuş 1 ədəd torbada üç ədəd polietilen bükümdə külli miqdarda - 2 kq 998,8 qram tiryək narkotik vasitəsini kəndin çıxacağında şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satarkən yaxalanıb.

Həmin fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Mehdiyev İsbəndiyar Şura oğlu şübhəli şəxs qismində tutulmuş və ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay

müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm