DSMF qalib jurnalistləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

DSMF qalib jurnalistləri mükafatlandırdı

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Publika.az-ın məlumatına görə, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda keçirilən müsabiqədə 51jurnalist iştirak edib.

DSMF sədri Elman Mehdiyev müsabiqəyə qatılan hər bir jurnalistə təşəkkürlərini bildirib və qeyd edib ki, fondun elektron xidmətlərinin ictimaiyyətə çatdırılması üçün medianın rolu böyükdür.

Müsabiqə komissiyasına rəhbərlik edən DSMF-nin sədr müavini Zakir Babayev təqdim olunan materialların keyfiyyətindən razılığını ifadə edib və bildirib ki, yazılar bir-birindən orijinal olduğu üçün onları qiymətləndirmək çətin olub.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə mükafatlandırılıb.

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer - 800 manat; 2-ci yer - hər biri 500 manat olmaqla iki yer; 3-cü yer - hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə: 1-ci yer - 800 manat; 2-ci yer - hər biri 500 manat olmaqla iki yer; 3-cü yer - hər biri 300 manat olmaqla iki yer. Müsabiqədə iştirak edən hər bir jurnalist mükafatlandırılıb.

Qaliblər arasında "Teleqraf.com" və "Publika.az" saytlarının əməkdaşları da var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm