Bakıda sökülməkdə olan bina çöküb: Ölənlər var - YENİLƏNİB (VIDEO)
Bizi izləyin

Qırmızı.az

Bakıda sökülməkdə olan bina çöküb: Ölənlər var - YENİLƏNİB (VIDEO)

Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülən bina uçub.

Bu saatlarda Bakıda ciddi qəza baş verib.

"Musavat.com"un məlumatına görə, Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülən bina uçub. Əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, yolda hərəkət edən avtomobillər uçqunun altında ​qalıb, ölənlərin olduğu deyilir. Yol bağlanıb.

"Axar.az"ın hadisə yerində olan müxbiri məlumat verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və polislər gəlib. Əhaliyə hadisə yerinə yaxınlaşmağa icazə verilmir.

YENİLƏNİB

Son məlumat da budur ki, uşqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.

Əməkdaşımızın verdiyi xəbərə görə, beton plitələr və daşlardan ibarət uşqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər maşınlara yaxınlaşmaq istəyən jurnalistlərə işləmək imkanı yaratmırlar. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm