Yayın ən isti günləri hansı ayda olacaq?
Bizi izləyin

Qırmızı.az

Yayın ən isti günləri hansı ayda olacaq?

"Bu il Azərbaycanda yay aylarında temperatur normadan 1-2 dərəcə az və ya çox ola bilər.Təhlükə və qorxuya səbəb ola biləcək istilər gözlənilmir. Ən yüksək istilər iyul ayında və avqustun ilk 10 günlüyündə olacaq. Sentyabrın əvvəlində temperatur 30-35 dərəcə olacaq". Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib.

Direktor bildirib ki, temperatur proqnozları dünyanın müxtəlif iqlim mərkəzlərindən göndərilən proqnozlara əsaslanır:

“Hər alimin dediyi sözə inanmaq lazım deyil. Biz proqnozlar əsasında işləyirik. Həmin proqnozlara əsasən, bir il isti, növbəti il soyuq keçir. Amma dünyada baş verən iqlim dəyişikliyi bütün ölkələrə, xüsusən də şimal ölkələrinə təsir edir. Son illər müşahidə edilən iqlim dəyişikliyi şimal bölgələrə Qərbi Avropa və Sibirdə iqlim dəyişikliyinə səbəb olub”.

G.Süleymanovun sözlərinə görə, hər il olduğu kimi, bu il də Kür-Araz ovalığı, Aran rayonlarında, Culfada temperatur yüksək olacaq ki, həmin bölgələrin sakinləri buna öyrəşib.

“Bu il temperatur son yüz il normasından yüksək olmayacaq. Müəyyən hadisələr təkrarlana bilər, lakin yüksək temperatur gözlənilmir. İyul ayında bəzi günlərdə temperatur yüksələ bilər– 38-40 dərəcə, bəzi günlərdə 42 dərəcəyə yüksələ bilər. 44 dərəcə Aran rayonları, Kürdəmir, Yevlax, Ucarda müşahidə edilə bilər”.

Bəzi günlərdə küçədə temperaturun 46-50 dərəcə göstərməsinə gəldikdə, direktor onun əsl temperatur yox, torpağın qızması və ətraf təsirlər nəticəsində müşahidə edildiyini deyib. Həmin saatlarda insanlara küçədə olmaq məsləhət deyil. Ürək problemləri olan insanlarda problem yarada bilər. Çünki həmin saatlarda torpaq qızır, oksigen azalır və diskomfort mühit olur.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, dünya alimləri bu il yay mövsümü həddindən artıq isti keçəcəyindən dünyanı quraqlıq gözlədiyi ilə bağlı məlumat yayıblar. İsti hava şəraiti özünü daha çox Qazaxıstan, İndoneziya, İspaniya, Cənubi Koreya və Avstraliyada göstərib.

ABŞ-ın Kolorado ştatında Milli Atmosfer Araşdırmaları Mərkəzinin alimi Kevin Trenbert 2014, yaxud da 2015-ci ilin ən isti il kimi qiymətləndirilə biləcəyini deyib.

Mütəxəssislər proqnozlaşdırır ki, 2014-cü ildə isti hava şəraiti getdikcə artacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm