Şeyx: "Allahu-Əkbər sədası ilə cinayət törədirlər"
Bizi izləyin

Qırmızı.az

Şeyx: "Allahu-Əkbər sədası ilə cinayət törədirlər"

“İndi məzhəblərin içində məzhəblər, təriqətlər yaratmaq istəyirlər. Ömür boyu bizdə sünni şiəylə, şiə isə sünni ilə evlənib, bir yerə məscidlərdə ibadət ediblər".

ANS PRESS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsinin yekununda deyib.


Şeyxin sözlərinə görə, Azərbaycanı dini zəmində parçalamaq və torpaqlarımızı əlimizdən almaq bəzi dövlətlərin istəyidir. Məhzəblərin içərisindəki bəzi müsəlmanlar İslamı inkişaf etdirmək istəmirlər. "İraqda, Suriyada, Əfqanıstanda Allahu Əkbər sədası ilə cinayət işləyirlər. Bəlkə də Avropa dövlətləri bu əməlləri törətməklə islama xələl gətirmək istəyirlər. İnsanların əqidəsini yoxlamaq üçün Allah Təala insanlara imtahanlar göndərir. Bura qorxu, Alllahsız müharibələr daxildir".


A.Paşazadə din xadimlərinin təkmilləşdirmə kurslarının təşkilinin əhəmiyyətindən də danışıb. O, bildirib ki, Azərbaycanda radikalığı təbliğ edənlərlə mübarizə aparmalıdır.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır. Sənədlər Türkiyə, Gürcüstan və İrandan gətirilib. Bu sənədlər indi MTN işçilərinin nəzarətindədir. Onlar bizim arxivimizə də nəzarət edirlər".


QMİ sədri bildirib ki, müstəqillik dövründən sonra dinə olan münasibət müsbət mənada dəyişib. "Keçmişdə bizə getdiyimiz yerdə sovet mollası deyirdilər. İndi isə müstəqil dövlətik. Ölkəmizdə bütün dinlər üçün şərait yaradılıb. Sovet dövründə 1 məscidimiz var idi. İndi isə 2000-nə yaxındır. Sovet dövründə nə vahabi, nə nurçu var idi. Çünki o zamanlar demokratiya yox idi, qorxu var idi. İndi deyirlərki bəzilərinin Ermənistanla əlaqəsi var. Mən bunun bağlı-bağlı deyə bilərəm ki, Azərbaycanın əlehinə danışan və məhzəb ayrı-seçkiliyi salanlar emənilərdən betərdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm