Şeyx intiharlardan danışdı
Bizi izləyin

Qırmızı.az

Şeyx intiharlardan danışdı

“Bəzi gənclərimiz yollarını itirib Suriyaya gedirlər. Ata gəlib məndən oğlunun harada olmasını soruşur. O deyir ki, mənə oğlumun ölüsü lazımdır, dirisi lazım deyil. Kimdir günahkar?"

ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsinin yekununda deyib.


QMİ sədri prezident İlham Əliyevlə danışdığını deyib. "O, təkmilləşdirmə kurslarının keçirilməsini dəstəklədiyini ifadə etdi. Prezidentimiz mənə dedi ki, yaxşısı burdur ki, özümüzünki olsun. Xaricdən gəlib bizə nəsə göstərməsinlər. Demək ki, prezidentimiz bizə inanır. Ona görədə din xadimlərimiz gənclərlə oturub söhbət etməli, onlara məsləhət verməlidirlər”.


Şeyx müsəlman dünyasında baş verənlərdən narahatlığını da dilə gətirib. "Nə üçün müsəlman ölkəsində bu qədər intihar baş verir. İntiharın nə olduğunu insanlar başa düşmürlər. Allahın yaratdığının canını almaq ona qarşı çıxmaq deməkdir. İndi isə bizi sünni şiə təriqətlərinə ayırmaq istəyirlər. Mən şeyxliyim dövründə buna imkan verməmişəm, vermərəm də!. Sünnilər və şiələr bir yerə toplaşmalıdırlar. Din xadimi insanları öz arxasınca apara bilmirsə onda o bu yoldan uzaqlaşmalıdır. Gələcəkdə hər bir müsəlman imam öz vəzifəsini düzgün yerinə yerirməsə biz lazımı işlər görəcəyik. Biz vəhhabilik və nurçuluq barəsində də kitablar çıxarırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm