Sərnişinləri qorxudan ruhi xəstənin kimliyi bilindi
Bizi izləyin

Qırmızı.az

Sərnişinləri qorxudan ruhi xəstənin kimliyi bilindi

Daxili İşlər Nazirliyi avtobusda baş verən hadisə barədə məlumat yayıb.

Ötən gün Bakı-Gəncə istiqamətində hərəkətdə olan sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları sərnişinləri qorxudan şəxsin kimliyini müəyyən etmək üçün dərhal müvafiq tədbirlərə başlanılıb.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həqiqətən də, qeyd olunan vaxtda bir nəfər sərnişinləri vahiməyə salıb. Əməliyyat zamanı həmin şəxsin kimliyi bilinib.


Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi xəstəlikdən əziyyət çəkən 1986-cı il təvəllüdlü Anar Məmmədovdur. Polis əməkdaşları dərhal həmin şəxsin yaşadığı ünvanda olaraq onunla görüşüblər. Polis əməkdaşları həqiqətən də, həmin şəxsin davranışlarında müəyyən problemlər olduğunu aşkarlayıblar.


Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun müddətdir Gəncə şəhər əsəb dispanserliyində müalicə olunur.

Həmçinin araşdırmalar zamanı o da müəyyən olunub ki, əslində Anar Məmmədov avtobusda qəfildən ayağa duraraq insanlara məsləhət verməyə başlayıb. O, bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olduğunu bildirib və məsləhətlər verib. Onun qeyri-müəyyən davranışları insanları qorxudub. Lakin onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət olmayıb. Bu barədə avtobus sürücüsü də izahatında bildirib.


Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm