Milli Qəhrəmana həsr edilmiş filmin təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

Milli Qəhrəmana həsr edilmiş filmin təqdimatı olub

Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qubadakı Heydər Əliyev Mərkəzində, Şuşa döyüşlərində şəhid oluş Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş filmin təqdimatı keçirilib.

Filmin təqdimatından əvvəl rəsmi hissədə Milli Qəhrəman Albert Aqarunovun Qarabağ döyüşlərində göstərdiyi şücaətlərdən, çoxsaylı düşmən texnikasını məhv etməsindən ətraflı danışılıb.

Filmdə məşhur telejurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlardan da istifadə olunub. Film “Salnamə” studiyası tərəfindən ərsəyə gətirilib.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş “Dostuma məktub” sənədli filim, qısametrajli film olmasına baxmayaraq, süjet xəttinin yeniliyilə fərqlənən bir filmdir.

Qeyd edək ki, ”Dostuma məktub” adlanan sənədli filmin rejissoru və ssenari müəllifi Yefim Abramovdur. Film Mədəniyyət və Turizm Nazirliyinin xətti və ölkə başçısının dəstəyilə reallaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm