Qırmızı.az
Evə gəldim gördüm toyuqları aparıblar - Video
Abşeronda qohumların borc üstündə düşən
davası qətillə nəticələnib.
Publika.az ANS TV-yə istinadən
məlumat verir ki, Novxanı qəsəbəsində qeydə alınan hadisə zamanı
qəsəbə sakini 24 yaşlı Yusifov Vüqar İsmayil oğlu qohumları Asif və
Vasif Məmmədovlar qardaşları ilə mübahisə edib. Tərəflərin
mübahisəsi sonda davaya çevrilib ki, Vuqar yaxın qohumlarına
bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi
Yardım xəstəxanasına çatdırılsa da, Vasif Məmmədovun həyatını xilas
etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəblərinə gəlincə isə,
Vüqar Asifdən evləri üçün nisyə bir neçə toyuq götürüb. Amma
Asifin, ya toyuqlar, ya da pul təkidi sonda qohumları üz-üzə
qoyub.
Saxlanılan şəxs Vüqar Yusifov: "Gəldim evə gördüm
toyuqları aparıblar. Dedim ki, ya pulunu verəcəm, ya da
toyuqları”.
Bunu görən Vüqar Yusifov məsələyə aydınlıq
gətirmək üçün üz tutub qardaşların yanına. İsti qohumluq
münasibətlərini soyudan toyuq söhbətinin sonu isə qanlı
bitib.
Vüqar Yusifovun sözlərinə görə, üstümə gəldilər
vurmaq istədilər, mən də özümü qorumaq üçün
vurdım.
Evli və iki uşaq atası olan Vüqar hadisədən dərhal
sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Hazırda qətlin
dəqiq baş vermə səbəbləri araşdırılır.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye