3 avtomaşın toqquşdu
Bizi izləyin

Qırmızı.az

3 avtomaşın toqquşdu

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Nobel prospektində baş verən qəza zamanı 3 avtomaşın toqquşub. Prospektlə hərəkət edən və Ceyhun Hüseynovun idarə “Toyota” markalı avtomaşın qarşıda hərəkət edən Mehman İsmayılovun idarə etdiyi eyni markalı və Şahin Babayevin idarə etdiyi “Mercedes”ə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər ciddi ziyan dəyib. Hadisə yerinə Xətai rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, “Toyota”nı idarə edən Ceyhun Hüseynov qarşısında qəfil manevr edən bir başqa maşına vurmamaq istəyib. Lakin bu zaman o avtomobili qəfil sağa çəkən zaman öz hərəkət zolağı ilə gedən digər iki avtomobillə toqquşub.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb. Avtomobillər evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırılıblar. Sürücülər isə izahatlarının alınması üçün yol polisi şöbəsinə dəvət olunub.

Qəzanın baş vermə səbəbləri apırılacaq araşdırmalardan və müşahidə kameralarına baxıldıqdan sonra müəyyən olunacaq.

ANS PRESS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm